Menyu

Florentino Peres yenidən "Real Madrid"in prezidenti seçildi

Əziz Əzizli
Florentino Peres yenidən "Real Madrid"in prezidenti seçildi

Florentino Peres yenidən İspaniyanın “Real” klubunun prezidenti seçilib.

"Operativ Media" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, seçkilərdə yeganə namizəd olub. Peres bu postu 2029-cu ilədək tutacaq.

77 yaşlı Peres ilk dəfə 2000-ci ildə “Real”ın prezidenti olub və 6 il bu vəzifədə çalışıb. 2009-cu ildə alternativsiz olaraq yeni müddətə seçilib. Onun rəhbərliyi dövründə klub Çempionlar Liqasını, İspaniya çempionatını və İspaniya Superkubokunu yeddi dəfə, UEFA Superkubokunu altı dəfə, klublararası dünya çempionatını beş dəfə, İspaniya Kubokunu üç dəfə və Qitələrarası Kuboku iki dəfə qazanıb.

Teqlər:

"Florentino Peres yenid\u0259n \"Real Madrid\"in prezidenti se\u00e7ildi"

Əlaqəli Xəbərlər