Menyu

Azərbaycanlı məşqçi İngiltərə kubokunun qalibi oldu

Əziz Əzizli
Azərbaycanlı məşqçi İngiltərə kubokunun qalibi oldu

Azərbaycanlı məşqçi Samit Nuruzadənin rəhbərlik etdiyi “Ridinq Rokets” basketbol klubu ölkə kubokunun qalibi olub.

"Operativ Media" xəbər verir ki, "Ridinq Rokets" finalda “Hemel Storm” klubuna qalib gəlib (108:83). Bu, Nuruzadənin komandası üçün 2013/14 mövsümündən sonra ilk tituldur.

“Bu, çox gözəl hissdir, biz uzun müddətdir ki, bunun üçün çalışırıq. “Ridinq Rokets” çox uğurlu klubdur və bəzən finallarda məğlub olsaq da, bu dəfə yaxşı çıxış etdik” deyə Nuruzadə bildirib.

Xatırladaq ki, ötən mövsüm millinin sabiq çalışdırıcısının komandası İngiltərə Basketbol Liqasının (EBL) finalında "Hemel Storm"a uduzmuşdu.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər