Menyu

DTX-nin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

Nərmin Qocamanlı
DTX-nin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər.

Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad etmiş, məzarları üzərinə qərənfillər düzmüşlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da  ziyarət olunmuşdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər