Menyu

XİN: Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflə danışıqlar davam edir

Nərmin Qocamanlı
XİN: Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflə danışıqlar davam edir

Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflərlə danışıqlar davam edir.

"Operativ Media" xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, Eriteriya ilə danışıqlar Ankara və Moskva səfirlikləri, Nyu-York nümayəndəliyi vasitəsilə davam edir.

"Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərlə bağlı ilk məlumat daxil olan kimi Xarici İşlər Nazirliyi hərəkətə keçdi. Azərbaycanın Eritreyada diplomatik təmsilçiliyi yoxdur. Ancaq əlaqləndirilmiş şəkildə Xarici İşlər Nazirliyi aidiyyatı qurumlarla faəliyyətdədir. Qarşı tərəflərlə danışıqlar davam edir. Son həftələr ərzində danışıqlarda müsbət dinamika görülür", - Nazir bildirib.

Teqlər:

"X\u0130N: Eritreyada saxlan\u0131lan g\u0259mil\u0259rimizl\u0259 ba\u011fl\u0131 qar\u015f\u0131 t\u0259r\u0259fl\u0259 dan\u0131\u015f\u0131qlar davam edir"

Əlaqəli Xəbərlər