20 Yanvar 2025, 14:15
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
İqtisadiyyat Nazirliyinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib şəkil
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

İqtisadiyyat Nazirliyinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə “Operativ Media” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

1990-cı il yanvarın 20-si qəhrəman Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Bu tarix milli oyanış prosesini sürətləndirib, Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. 20 Yanvar xalqımızın tarixi yaddaşında əbədi iz buraxıb, şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil