20 Yanvar 2025, 15:32
Qvardiola Vengerin uğurunu təkrarladı
Pep Qvardiola Arsen Vengerin uğurunu təkrarlayıb.

İngiltərə Premyer Liqasının 22-ci turunun "İşpviç Taun"la oyunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.
"Operativ Media" xəbər verir ki, onun komandası rəqibini 6:0 hesabı ilə məğlub edib.
Nəticədə "şəhərlilər" Qvardiolanın rəhbərliyi altında 6 və ya daha çox qol vuraraq qalib gəldikləri oyunların sayını 13-ə çatdırıblar. Bu göstərici ilə mütəxəssis "Arsenal"ın sabiq baş məşqçisi Arsen Vengerin uğurunu təkrarlayıb.
Hazırda Qvardiola yalnız Ser Aleks Ferqyusondan geri qalır. “Mançester Yunayted”in keçmiş çalışdırıcısının aktivində 14 belə matç var.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti"nin baş məşqçisidir.