Menyu

"Qarabağ"ın oyunu slovakiyalı hakimlərə tapşırıldı

Əziz Əzizli
"Qarabağ"ın oyunu slovakiyalı hakimlərə tapşırıldı
1 dəq oxu

Qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

"Operativ Media" xəbər verir ki, görüşü FIFA referisi Filip Qlova idarə edəcək. Baş hakimin köməkçiləri Daniel Polaçek və Peter Bednar olacaq. Dördüncü hakim funksiyasını Lukaş Dzivyak yerinə yetirəcək.

VAR-da Mixal Oçenyaş, AVAR-da Martin Dohal əyləşəcək.

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də start götürəcək.

Əlaqəli Xəbərlər