Menyu

Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Əli Yerlikayaya başsağlığı verib

Əsəd Abbaslı
Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Əli Yerlikayaya başsağlığı verib
1 dəq oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Bolu vilayətinin Kartalkaya xizək mərkəzində yerləşən oteldə baş vermiş yanğınla əlaqədar qardaş ölkənin daxili işlər naziri Əli Yerlikayaya və Türkiyənin Bakıdakı Səfirliyinə başsağlığı məktubu göndərib.

Bu barədə "Operativ Media"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını dilədiyini bildirib.

Əlaqəli Xəbərlər