22 Yanvar 2025, 07:43
Olavio Juninyo: "Azərbaycanda qurduğum dostluqlar üçün darıxacağam"
Braziliyalı hücumçu Olavio Juninyonun "Flamenqo" klubunda təqdimatı baş tutub.
Olavio Juninyo: "Azərbaycanda qurduğum dostluqlar üçün darıxacağam" şəkil
Olavio Juninyo: "Azərbaycanda qurduğum dostluqlar üçün darıxacağam"

"Azərbaycan çox gözəl bir ölkədir və onu görməyə getməyi tövsiyə edirəm. Orada çox gözəl şeylər var. Qurduğum dostluqlar üçün darıxacağam".

"Operativ Media" xəbər verir ki, bunu "Qarabağ"ın sabiq braziliyalı hücumçusu Olavio Juninyo deyib.

O, keçən il Braziliyadan başqa təkliflər aldığını da etiraf edib 

"Sao Paulo" ilə oyunu izlədim və inanıram ki, "Flamenqo" komandasına çox yaxşı uyğunlaşacam. Burada olmaqdan çox xoşbəxtəm və motivasiyam yüksəkdir. Keçən il Braziliya futboluna qayıtmaq üçün başqa təkliflər aldım, amma qəbul etmədim. Braziliyaya qayıtmaq istəmirdim. "Flamenqo"da oynamaq hər bir oyunçunun arzusudur. Menecerlərim mənə belə bir təklifin olduğunu deyəndə inanmadım. Təklifi heç düşünmədən qəbul etdim".

Juninyo təqdimat mərasimində Azərbaycan haqqında xoş sözlər söyləyib.

"Flamenqo" həmişə nəhəng klub olub, lakin son illərdə biz daha böyük möhtəşəmlik görürük. "Flamenqo" bütün titullar üçün mübarizə aparır. Azərbaycanda insanlar "Flamenqo"nu tanıyırlar. Azərbaycan çox gözəl bir ölkədir və onu görməyə getməyi tövsiyə edirəm. Orada çox gözəl şeylər var. Qurduğum dostluqlar üçün darıxacağam".

Qeyd edək ki, Olavio Juninyo qış transfer pəncərəsində 5 milyon avroya "Qarabağ"dan "Flamenqo"ya transfer olub.

Son xəbərlər
Lionel Messi ilkə imza atıb
Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Pakistanın hüquq və ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir
Emin Əmrullayev rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
Müəllimlərin 45 faizi gələn ildən 1000 manatdan çox maaş alacaq