Menyu

Fərid Qayıbov Qambiyanın gənclər və idman naziri ilə görüşüb

Əziz Əzizli
Fərid Qayıbov Qambiyanın gənclər və idman naziri ilə görüşüb

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Qambiyada səfərdədir. 

"Operativ Media" xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov Qambiyanın paytaxtı Banjulda keçirilən Regionlararası Afrika Nazirlər Toplantısında iştirak edib. Nazir həmçinin müvafiq yüksək səviyyəli paneldə çıxış edərək regionlararası əməkdaşlığın gücləndirilməsində idman idarəçiliyinin və dövlət dəstəyinin əhəmiyyətindən danışıb.

Tədbir iştirakçılarını Qambiya Prezidenti Adama Barrou qəbul edib. Nazir Fərid Qayıbov həmçinin Qambiyanın gənclər və idman naziri Bakar Bodji ilə də ikitərəfli görüş keçirib. Görüşdə iki ölkə arasında gənclər və idman sahəsində imzalanmış anlaşma memorandumunun icrası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər