"Fənərbaxça" "Qalatasaray"ın maraqlandığı futbolçunu transfer etdi
Əziz Əzizli
"Fənərbaxça" Dieqo Karlosun ardından "Qalatasaray"ın transfer hədəfində olan daha bir futbolçunu heyətinə qatıb.
"Operativ Media" xəbər verir ki, İstanbul klubu PSJ-də çıxış edən müdafiəçi Milan Şkrinyarın transferini rəsmiləşdirib. Bu barədə klubun rəsmi məlumatında qeyd olunub.
Slovakiyalı müdafiəçi mövsümün ikinci yarısını icarə əsasında Türkiyə klubunda keçirəcək. 29 yaşlı futbolçu "Fənərbaxça" ilə müqavilə imzalamaq üçün artıq İstanbula yola düşüb.
Xatırladaq ki, Milan Şkrinyar 2023-cü ilin yayında "İnter"dən ayrılaraq azad agent kimi PSJ-yə keçmişdi. Slovakiya yığmasının üzvü olan təcrübəli müdafiəçi bu mövsüm Paris klubunda 5 rəsmi oyunda iştirak edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net