Menyu

"Quba"nın basketbolçusu: "Mənim legioner həyatı yaşadığım ilk klubdur"

Əziz Əzizli
"Quba"nın basketbolçusu: "Mənim legioner həyatı yaşadığım ilk klubdur"

“Bakını və mənə qucaq açıb qarşılayan komanda yoldaşlarımı sevirəm”.

"Operativ Media" xəbər verir ki, bunu “Quba”nın amerikalı basketbolçusu Jalen Reynolds klubun mətbuat xidmətinə açıqlamasında deyib:

O, bölgə təmsilçisinə keçidini dəyərləndirib:

“Quba”ya keçidim yaxşı və rahat oldu. Bu mənim legioner həyatı yaşadığım ilk klubdur və ABŞ-dən fərqlidir. Amma düşünürəm ki, buna öyrəşəcəyəm. Bütün diqqətimi Bakıdakı tapşırığa yönəltmişəm, “Quba”ya xeyir vermək istəyirəm. “Gəncə” ilə matçda debüt edə bilərəm. Həmin oyunu səbirsizliklə gözləyirəm. Komandaya kömək etməyə çalışacağam”.

“Quba” hazırda Azərbaycan Basketbol Liqasının B qrupunda 14 xalla beşinci pillədə qərarlaşıb.

Teqlər:

"\"Quba\"n\u0131n basketbol\u00e7usu: \"M\u0259nim legioner h\u0259yat\u0131 ya\u015fad\u0131\u011f\u0131m ilk klubdur\""

Əlaqəli Xəbərlər