Menyu

Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi bilindi

Əziz Əzizli
Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi bilindi
1 dəq oxu

Azərbaycan milli komandası Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

"Operativ Media" xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma iyunun 10-da ölkəmizdə baş tutacaq. Görüşün başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, A milli martın 25-də Belarus yığması ilə Bakıda yoldaşlıq görüşü keçirəcək.

Əlaqəli Xəbərlər