Menyu

"Neftçi" yeni transferini açıqladı

Əziz Əzizli
"Neftçi" yeni transferini açıqladı
1 dəq oxu

"Neftçi" Azərbaycan millisinin üzvü Elvin Camalovu transfer edib.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 

4 nömrəli formanı geyinəcək 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.

“Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.

Əlaqəli Xəbərlər