Menyu

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 7 milyard dollara çatıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 7 milyard dollara çatıb

2024-cü il ərzində Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 7,9 faiz artaraq 6,9 milyard dolları üstələyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

İxrac – idxal:

Azərbaycandan MDB ölkələrinə ixrac: 1,69 milyard dollar (+2,7 faiz)

MDB ölkələrindən Azərbaycana idxal: 5,23 milyard dollar (+9,7 faiz)

Ümumi ticarət dövriyyəsindəki payı:

2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 14,55 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2 faiz bəndi çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər