Menyu

Taleh Kazımov BVF-nin Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiya rəhbəri ilə görüşüb

Nərmin Qocamanlı
Taleh Kazımov BVF-nin  Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiya rəhbəri ilə görüşüb

Mərkəzi Bankda Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiya rəhbəri Anna Bordon ilə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X"də bildirib.

Nazir bildirib ki, görüşdə Azərbaycanda makroiqtisadi vəziyyət, ortamüddətli dövr üzrə makroiqtisadi gözləntilər və proqnozlar, pul siyasəti üzrə islahatlar və qəbul olunan qərarlar, habelə maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi, BVF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi ətrafında geniş fikir mübadiləsi aparılıb.  

"Həmçinin gələcəkdə pul siyasətinin ötürücülüyünün daha da artırılması və maliyyə sektorunun inkişafı məsələlərini də müzakirə etdik", - nazir qeyd edib.

Teqlər:

"Taleh Kaz\u0131mov BVF-nin Az\u0259rbaycan Orta \u015e\u0259rq v\u0259 M\u0259rk\u0259zi Asiya \u00fczr\u0259 missiya r\u0259hb\u0259ri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər