Ana səhifə / İdman / ABL: "Lənkəran" "Sumqayıt"a qarşı ABL: "Lənkəran" "Sumqayıt"a qarşı 24.01.2025, 11:35 Əziz Əzizli Azərbaycan Basketbol Liqasında 12-ci tur davam edir. "Operativ Media" xəbər verir ki, tur çərçivəsində bu gün daha bir oyun keçiriləcək. Günün yeganə qarşılaşması B qrupunda baş tutacaq. Autsayder "Lənkəran" “Sumqayıt”ı qəbul edəcək. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 14:00-da başlayacaq. "Sumqayıt" hazırda 14 xalla qrupda dördüncüdür. Sonuncu - altıncı pillədə olan "Lənkəran"ın isə 13 xalı var. Qeyd edək ki, XII turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Sərhədçi"ni 86:79, "Sabah" isə "Neftçi"ni 75:65 hesabı ilə məğlub edib. Teqlər: "ABL: \"L\u0259nk\u0259ran\" \"Sumqay\u0131t\"a qar\u015f\u0131"
02.02.2026, 13:26 Azərbaycanla Malayziya arasında İKT sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub