24 Yanvar 2025, 12:18
Fabian Buntiç: "Juninyo və Benzia olmadan da oynaya bilirik"
"Qarabağ"ın qapıçısı Fabian Buntiç FCSB ilə oyundan sonra fikirlərini bölüşüb.
Fabian Buntiç: "Juninyo və Benzia olmadan da oynaya bilirik" şəkil
Fabian Buntiç: "Juninyo və Benzia olmadan da oynaya bilirik"

"Matça yaxşı başlamışdıq. Ardınca standart vəziyyətdən qapımızda qol gördük. İkinci yarıda topla daha çox oynayan tərəf idik, amma bəxtimiz gətirmədi".

"Operativ Media " xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Fabian Buntiç jurnalistlərə açıqlamasında deyib.

Qolkiper Bakıda Rumıniyanın FCSB komandasına 2:3 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:

"Ümumiyyətlə rəqib standart vəziyyətlərdən yaxşı yararlanmağı bacardı. Heyətdə itkimiz də var idi. Ancaq bu gün gördük ki, biz Juninyo və Benzia olmadan da oynaya bilirik. Biz qələbəyə rəqibdən daha çox yaxın idik. Lakin onlar xırda səhvlərimizdən yararlandılar".

Qeyd edək ki, bu məğlubiyyətdən sonra Ağdam klubu Avropa Liqasında növbəti mərhələyə yüksəlmək şansını itirib

Son xəbərlər
Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB
"Bayer" PSV-nin yarımmüdafiəçisini transfer etdi
Ərdoğan: "41 illik terror bəlasının sona çatması prosesinə start verilib"
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
Fövqəladə Hallar Naziri və BMMT-nin Baş katibi Fəxri Xiyabanı ziyarət ediblər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi