Menyu

"Neftçi" "Araz-Naxçıvanla oyuna itkilərlə çıxacaq.

Əziz Əzizli
"Neftçi" "Araz-Naxçıvanla oyuna itkilərlə çıxacaq.

“Neftçi” Azərbaycan Premyer Liqasının 20-ci turunun “Araz-Naxçıvan”la oyununa itkilərlə çıxacaq.

"Operativ Media" xəbər verir ki, bu görüşü komandanın hücumçusu Dembo Darbo ilə yanaşı, Rafael Quzzo və Rəhman Hacıyev də buraxacaq. Quzzo və Hacıyev hazırda bərpa prosesi dövrünü keçirlər.

“Araz-Naxçıvan”da isə zədəsini sağaltmaqda olan Ömər Buludovun “Neftçi” önünə çıxıb-çıxmayacağı dəqiq deyil.

“Araz-Naxçıvan” – “Neftçi” matçı yanvarın 26-da Bakıdakı “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və görüşə saat 16:00-da start veriləcək.

Teqlər:

"\"Neft\u00e7i\" \"Araz-Nax\u00e7\u0131vanla oyuna itkil\u0259rl\u0259 \u00e7\u0131xacaq."

Əlaqəli Xəbərlər