Menyu

Mahir Emreli "Şalke" ilə oyunu buraxacaq

Əziz Əzizli
Mahir Emreli "Şalke" ilə oyunu buraxacaq

Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün səfərdə “Şalke”nin qonağı olacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 16:00-da start veriləcək. Amma Mahir bu oyunu buraxacaq. Buna onun sarı vərəqə limitini doldurması səbəb olub. Emreli ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə alıb. Bu, onun cari mövsümdə 5-ci “sarı”sı olub.

18 oyundan 25 xalı olan “Nürnberq” hazırda 11-ci pillədə yer alır.

Teqlər:

"Mahir Emreli \"\u015ealke\" il\u0259 oyunu buraxacaq"

Əlaqəli Xəbərlər