25 Yanvar 2025, 22:28
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
İdmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında 213.9 xal toplayaraq üçüncü yeri tutub.
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb şəkil
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb

Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münxen şəhərində təşkil olunan "H&N Kuboku"nda uğurlu çıxışı ilə fərqlənərək bürünc medalın sahibi olub.

"Operativ Media"nın xəbərinə görə, Azərbaycan Atıcılıq Federasiyası "Facebook" hesabında bildirib ki, idmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında 213.9 xal toplayaraq üçüncü yeri tutub.

Qeyd edək ki, beynəlxalq turnir yanvarın 26-da başa çatacaq.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil