Menyu

Azərbaycan parabadmintonçusu Misirdə iki bürünc medal qazandı

Əziz Əzizli
Azərbaycan parabadmintonçusu Misirdə iki bürünc medal qazandı

Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Misirin paytaxtı Qahirədə təşkil edilən beynəlxalq turniri iki bürünc medalla başa vurub.

"Operativ Media" xəbər verir ki, 19 yaşlı gənc idmançı həm təklərin mübarizəsində, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda 2 bürünc mükafata yiyələnib.

Əliyev təklərin qrup mərhələsində misirli və hindistanlı rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançı ardıcıl iki mərhələdə hindistanlı rəqibləri üzərində qələbə qazanıb və yarımfinaladək irəliləyib.

Qoşa yarışda isə qrup mərhələsini misirli və hindistanlı rəqibləri üzərində iki qələbə ilə başa vuran İ.Əliyev və S.Tumkaya tandemi 1/4 finalda da hindistanlı rəqiblərini məğlub edib və turniri yarımfinalda başa vurub.

Turnir “Grade 2” kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır.

Teqlər:

"Az\u0259rbaycan parabadminton\u00e7usu Misird\u0259 iki b\u00fcr\u00fcnc medal qazand\u0131"

Əlaqəli Xəbərlər