Dağlıq rayonlarda 13 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 27-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçib. Lənkəran-Astara bölgəsində yağıntılar intensiv olub, Yardımlıya qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 19, Lənkəranda 13, Lerikdə 7, Gəncə, Naftalan, Şabran, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, İmişli, Biləsuvarda 5 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.
Teqlər:
"Da\u011fl\u0131q rayonlarda 13 d\u0259r\u0259c\u0259y\u0259d\u0259k \u015faxta olub - FAKT\u0130K\u0130 HAVA"