Menyu

"Sabah" Rusiyadan futbolçu transfer etmək istəyir

Əziz Əzizli
"Sabah" Rusiyadan futbolçu transfer etmək istəyir
1 dəq oxu

Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sabah" klubu Rusiyanın "Rubin" klubunun özbəkistanlı gənc yarımmüdafiəçisi Umarali Rahmonaliyevi heyətinə qatmaq istəyir.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu "Sport-Ekspress" nəşri məlumat yayıb.

Azərbaycan təmsilçisi gənc yarımmüdafiəçini icarə əsasında heyətinə qatmaq istəyir. Onunla mövsüm sonuna kimi müqavilə imzalanması nəzərdə tutulub.

21 yaşlı Rəhmonəliyev bu mövsüm "Rubin"də 7 oyun keçirib. Futbolçunun Kazan klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" futbolçunun dəyərini 500 min avro qiymətləndirir.

Əziz Əsgəroğlu 

Əlaqəli Xəbərlər