27 Yanvar 2025, 09:35
Baş prokuror: 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb
Kamran Əliyev bildirib ki, 2024-cü ildə ölkədə 33.379 cinayət qeydə alınıb.
Baş prokuror: 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb şəkil
Baş prokuror: 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb

Xəbər verildiyi kimi, yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.

Baş prokuror bildirib ki, 2024-cü il ərzində 2023-cü illə müqayisədə 3432 (9,3%) fakt cinayət az qeydə alınıb.

Həmçinin, əlavə edilib ki, 2024-cü ildə ölkə ərazisində 33.379 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 17.155 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1086-sı prokurorluq orqanlarında isintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 928 şəxs barəsində 735 cinayət işi, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 14.983 şəxs barəsində 13.551 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Son xəbərlər
Makron Pezeşkianla telefonla danışıb
Dəməşq terrorçusunun kimliyi açıqlanıb
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib