Menyu

"Neftçi"nin qapıçısı Emil Balayev 100-ə çatdı

Əziz Əzizli
"Neftçi"nin qapıçısı Emil Balayev 100-ə çatdı

Azərbaycan Premyer Liqasının XX turu Emil Balayev üçün əlamətdar olub.

"Operativ Media" xəbər verir ki, “Neftçi”nin qapıçısı Azərbaycan çempionlarında 100-cü matçını keçirib. Onun yubileyi “Araz-Naxçıva”la səfər görüşünə (1:2) təsadüf edib. Emil bu görüşlərdə 126 top buraxıb.

O, Premyer Liqada 4 komandada forma geyinib. Balayev “Neftçi”də 13 (13 top buraxıb), “Səbail”də 69 (101 top buraxıb), “Zirə”də 1 (1 top buraxıb), “Qarabağ”da 17 (11 top buraxıb) matç keçirib.

Qeyd edək ki, Emil ölkə çempionatları tarixində 100 və daha çox oyun keçirən 38-ci qapıçıdır.

Teqlər:

"\"Neft\u00e7i\"nin qap\u0131\u00e7\u0131s\u0131 Emil Balayev 100-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər