Menyu

Neftçala qanunsuz ov edən şəxslər tutulub

Nərmin Qocamanlı
Neftçala qanunsuz ov edən şəxslər tutulub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonu ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Operativ Media-ya verilən məlumata görə, araşdırma zamanı həmin şəxslərin Nefçala rayonu Dördlər kənd sakinləri Ağakişi Quliyev, Yusif Əliyev, Tatarməhlə kənd sakinləri Xəyal Vəliyev, Əfqan Həziyev, Vidadi İskəndərov,  Abasallı kənd sakini Vasif Cəbrayılov və Bakı şəhər sakini Nazim Rzayev olduğu müəyyən edilib, onlardan ov silahları, qanunsuz ovlanmış 1 baş çöl donuzu və çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər