Menyu

MOİK təmsilçisi ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında birinci olub

Nərmin Qocamanlı
MOİK təmsilçisi ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında birinci olub

Ağır Atletika Akademiyasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, çempionatda Mərkəzi Ordu İdman Klubunu (MOİK) Nazilə Məmmədova təmsil edib.

49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birdən qaldırma hərəkətində 55 kq, təkanla qaldırma hərəkətində isə 70 kq nəticə göstərib.

N.Məmmədova ümumilikdə 125 kq nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.

Teqlər:

"MO\u0130K t\u0259msil\u00e7isi a\u011f\u0131rl\u0131qqald\u0131rma \u00fczr\u0259 Az\u0259rbaycan \u00e7empionat\u0131nda birinci olub"

Əlaqəli Xəbərlər