Menyu

Belçikalı futbolçu narkotik qaçaqmalçılığı şübhəsi ilə həbs olunub

Əziz Əzizli
Belçikalı futbolçu narkotik qaçaqmalçılığı şübhəsi ilə həbs olunub

Belçika millisinin və “İnter”in keçmiş oyunçusu Radja Nainggolan narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb.

"Operativ Media" xəbər verir ki, "Gazet van Antwerpen" qəzeti Brüssel prokurorluğuna istinadən məlumat yayıb.

İstintaq Cənubi Amerikadan Avropaya Antverpen limanı vasitəsilə kokain gətirilməsi və onun Belçikada yayılması ilə bağlıdır. Bu iş çərçivəsində futbolçu Radja Nainggolan həbs olunub. Hazırda məhkəmə araşdırmaları davam etdiyi üçün, günahsızlıq prezumpsiyası prinsipinə uyğun olaraq, əlavə şərh verilməyib.

Nainqolan "İnter"in heyətində İtaliya çempionu olub (2021). O, həmçinin İtaliyanın "Roma", "Kalyari" və SPAL klublarında çıxış edib. 24 yanvar tarixində futbolçu Belçikanın "Lokeren-Temse" klubunda debüt edib.

Teqlər:

"Bel\u00e7ikal\u0131 futbol\u00e7u narkotik qa\u00e7aqmal\u00e7\u0131l\u0131\u011f\u0131 \u015f\u00fcbh\u0259si il\u0259 h\u0259bs olunub"

Əlaqəli Xəbərlər