Menyu

Zaqatalada evdən oğurluq edən şəxs tutulub

Nərmin Qocamanlı
Zaqatalada evdən oğurluq edən şəxs tutulub

Zaqatala rayonunun Fındıqlı kəndində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 32 yaşlı Taleh Xəlilov saxlanılıb. O, oğurladığı qızılları satdığını bildirib.

Məhkəmənin qərarı ilə T.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər