27 Yanvar 2025, 18:47
"Portu" baş məşqçi Anselminin təyinatını açıqladı
"Portu" baş məşqçi Anselminin təyinatını açıqlayıb.

Portuqaliya Super Liqasında çıxış edən "Portu" klubunda yeni baş məşqçi təyinatı baş tutub.
"Operativ Media" xəbər verir ki, "Portu" Martin Anselminin baş məşqçi təyin olunduğunu açıqlayıb. 39 yaşlı argentinalı ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Daha əvvəl “əjdahalar” Vitor Brunanı qovub. Anselmi Meksikanın "Cruz Azul", Çilinin "Union La Kalera" və Ekvadorun "Independiente del Valle" klublarına rəhbərlik edib.
Portuqaliya çempionatının 19 turundan sonra "Portu" 41 xal toplayıb və üçüncü pillədə qərarlaşıb.