Menyu

"Azneft" dairəsində avtomobil yanıb

Əsəd Abbaslı
"Azneft" dairəsində avtomobil yanıb
1 dəq oxu

Səbail rayonu, Neftçilər prospekti, "Azneft" dairəsində avtomobillərdən birində yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.  

Ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.

 Hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir.

Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Əlaqəli Xəbərlər