Cəlilabadda yük avtomobili at arabasını vurub
Əsəd Abbaslı
Cəlilabad rayonunda yol qəzası baş verib.
Operativ Media xəbər verir ki, hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Qazel" markalı yük avtomobili Maşlıq kənd sakinləri, 1997-ci il təvəllüdlü Əliyev Xəyal Kazım oğlunun və 2007-ci il təvəllüdlü İbadov Allahverən Ərəstun oğlunun olduğu at arabasını vurub.
Qəza nəticəsində hər iki şəxs müxtəlif bədən xəsarətləri alıb. Yaralanan şəxslər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net