Menyu

DYP Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Redaksiya
DYP Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Təəssüflə qeyd edilməlidir ki, yollarımızda müasir təhlükəsizlik tələblərinə cavab verməyən və istismar müddəti bitmiş nəqliyyat vasitələrinə hələ də rast gəlinir ki, ölümlü qəzaların bir çoxu da məhz belə nəqliyyat vasitələrinin iştirakı zamanı baş verir.

Daxili İşlər Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, bu yaxınlarda Şəmkirdə baş verən və beş nəfərin ölümü ilə nəticələnən qəzaya diqqət yetirsək, burada iki “VAZ” avtomobilinin üz-üzə toqquşduğunu görərik. Qəza yol hərəkəti qayda pozuntusu səbəbindən baş versə də, həmin avtomobillər də müasir təhlükəsizlik elementlərinin mövcud olmaması qəzanın nəticəsini daha da ağırlaşdırıb. Təbii ki, avtomobillərdə müəyyən təhlükəsizlik elementləri mövcud olsaydı, həmin hadisə bu qədər faciəvi olmazdı. 

Ona görə də arzuolunan haldır ki, sürücülərimiz istehsal ili köhnə və müasir təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələri ilə yollara çıxaraq həm özləri, həmdə digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmasınlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər