Menyu

DİN süni intellektlə bağlı xəbərdarlıq edir

Nərmin Qocamanlı
DİN süni intellektlə bağlı xəbərdarlıq edir

Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.
 
Daxili İşlər Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.
 
Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər.

Teqlər:

"D\u0130N s\u00fcni intellektl\u0259 ba\u011fl\u0131 x\u0259b\u0259rdarl\u0131q edir"

Əlaqəli Xəbərlər