Qətər klubu "Qarabağ"ın yarımmüdafiəçisini istəyir
Əziz Əzizli
Azərbaycanın "Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Yassin Benzia xaricdən yeni təklif alıb.
"Operativ Media" xəbər verir ki, mövsümün əvvəlindən onu yaxından izləyən Qətərin "Umm-Salal" klubu əlcəzairli yarımmüdafiəçini öz sıralarında görmək istəyir. Doha klubu keçidi tez bir zamanda həyata keçirmək istəyir.
Bununla belə, Benzianın Qətər komandasına keçməyə razı olub-olmayacağı hələlik bəlli deyil. Məlumdur ki, komandanın baş məşqçisi Pablo Maçin əlcəzairli ilə şəxsən maraqlanır və hətta onun millidəki oyununu da izləyib.
Benzianın "Qarabağ"la bu mövsümün sonuna qədər müqaviləsi var.
Teqlər:
"Q\u0259t\u0259r klubu \"Qaraba\u011f\"\u0131n yar\u0131mm\u00fcdafi\u0259\u00e7isini ist\u0259yir"