Menyu

Rusiya qılıncoynadanları beynəlxalq federasiyanın bayrağı altında yarışlarda iştirak etmək istəyirlər

Əziz Əzizli
Rusiya qılıncoynadanları beynəlxalq federasiyanın bayrağı altında yarışlarda iştirak etmək istəyirlər

Rusiya Qılıncoynatma Federasiyasi bütün rusiyalı qılıncoynadanların beynəlxalq federasiyanın bayrağı altında yarışlara buraxılmasını tələb edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Qılıncoynatma Federasiyasının rəhbəri İlqar Məmmədov məlumat verib.

"Rusiya milli komandası artıq üç ildir ki, beynəlxalq sanksiyalar səbəbindən mövcud deyil. Hazırda çıxış edənlər ən güclü idmançılar deyil və onlar neytral statusda iştirak edirlər. Biz beynəlxalq fəaliyyətlərdən uzaqlaşdırılmışıq. Ümid edirik ki, hansısa dəyişikliklər baş verəcək.

Dekabr ayında biz məktub göndərmişik ki, neytral status bizdən götürülsün. Bizə cüdoçular və güləşçilər kimi beynəlxalq federasiyanın bayrağı altında çıxış etməyə icazə verilsin".

Teqlər:

"Rusiya q\u0131l\u0131ncoynadanlar\u0131 beyn\u0259lxalq federasiyan\u0131n bayra\u011f\u0131 alt\u0131nda yar\u0131\u015flarda i\u015ftirak etm\u0259k ist\u0259yirl\u0259r"

Əlaqəli Xəbərlər