Menyu

"Lənkəran" Azərbaycan Kuboku ilə vidalaşdı

Əziz Əzizli
"Lənkəran" Azərbaycan Kuboku ilə vidalaşdı

Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

"Operativ Media" xəbər verir ki, günün ilk oyununda “Lənkəran” NTD-ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 87:73. Beləliklə, NTD 1/4 finala vəsiqə qazanıb.

Bu gün “Abşeron” – “Quba” görüşü 19:00-da start götürəcək. Bu raundun “Gəncə” – “Ordu” və “Sumqayıt” – “Neftçi” oyunları sabah təşkil olunacaq. “Naxçıvan”, “Sabah”, “Sərhədçi” və “Şəki” komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.

Teqlər:

"\"L\u0259nk\u0259ran\" Az\u0259rbaycan Kuboku il\u0259 vidala\u015fd\u0131"

Əlaqəli Xəbərlər