Menyu

Azərbaycan millisinin üzvü Rusiyada klubunu dəyişdi

Əziz Əzizli
Azərbaycan millisinin üzvü Rusiyada klubunu dəyişdi

Azərbaycanın qadınlardan ibarət millisinin daha bir üzvü, Diana Məmmədova karyerasını Rusiya Super Liqası təmsilçisi “Rubin”də davam etdirəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Super Liqanın mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü Super Liqanın digər təmsilçisi “Yenisey” klubunda keçirən 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

Məmmədova ötən mövsüm Krasnoyarsk klubunun heyətində 24 oyun keçirib və 1 qol vurub.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan yığmasının müdafiəçisi Alina Dorofeyeva da “Yenisey”dən “Rubin”ə transfer olunmuşdu.

Teqlər:

"Az\u0259rbaycan millisinin \u00fczv\u00fc Rusiyada klubunu d\u0259yi\u015fdi"

Əlaqəli Xəbərlər