28 Yanvar 2025, 23:15
Anderson Taliska rəsmən "Fənərbağça"ya keçib
"Fənərbağça" futbol klubu Anderson Taliska ilə bağlı transferini elan edib.
Anderson Taliska rəsmən "Fənərbağça"ya keçib şəkil
Anderson Taliska rəsmən "Fənərbağça"ya keçib

Türkiyənin "Fənərbağça" futbol klubu Anderson Taliska ilə bağlı transferini elan edib.

Operativ Media xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı futbolçu ilə 1,5 illik müqavilə imzalayıb.

A.Taliska "Fənərbağça"ya Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan keçib. Daha əvvəl, 2016-2018-ci illərdə, o, "Beşiktaş"ın heyətində çıxış edib və Türkiyə çempionu titulunu qazanıb.

Xatırladaq ki, 30 yaşlı futbolçu "Əl-Nəsr"də keçirdiyi 78 oyunda 62 qolla yadda qalıb.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb