Menyu

Saat 19:00-a olan seçici fəallığı açıqlanıb - YENİLƏNİB-3

Əsəd Abbaslı
Saat 19:00-a olan seçici fəallığı açıqlanıb - YENİLƏNİB-3

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı seçici fəallığını açıqlayıb.

Operativ Media-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 19:00-a qədər respublika üzrə 1874810 nəfərin səs verdiyini bildirib.

Onun sözlərinə görə, seçici fəallığı 31,45 faiz olub.

Qeyd edək ki, səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

17:36

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

Operativ Media-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 1 715 291 nəfər səs verib, seçici fəallığı 28/77% faiz olub.

Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

***

15:40

Saat 15:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 473 005 seçici səsvermə hüququndan istifadə edib.

Operativ Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov məlumat verib.

F.Orucov bildirib ki, seçici fəallığı 24,71% olub.

 

Teqlər:

"Saat 19:00-a olan se\u00e7ici f\u0259all\u0131\u011f\u0131 a\u00e7\u0131qlan\u0131b - YEN\u0130L\u018fN\u0130B-3"

Əlaqəli Xəbərlər