Menyu

14 yaşlı rusiyalı şahmatçı Maqnus Karlseni məğlub etdi

Əziz Əzizli
14 yaşlı rusiyalı şahmatçı Maqnus Karlseni məğlub etdi

14 yaşlı rusiyalı şahmatçı David Əhmədov “Title Tuesday” onlayn turnirində 16-cı dünya çempionu, norveçli Maqnus Karlseni məğlub edib.

"Operativ Media" xəbər verir ki, yarışın 2-ci turunda ağlarla oynayan rusiyalı norveçlini üstələyib.

Xatırladaq ki, Əhmədovun reytinqi 2368-ə bərabərdir.

Maqnus Karlsen dünya reytinqinin lideridir (2831 xal). Karlsen 2013-cü ildən 2023-cü ilə qədər dünya çempionu olub. Ardınca isə titulunu qorumaqdan imtina edib. Hazırkı dünya çempionu hindistanlı Qukeş Dommarajudur.

Teqlər:

"14 ya\u015fl\u0131 rusiyal\u0131 \u015fahmat\u00e7\u0131 Maqnus Karlseni m\u0259\u011flub etdi"

Əlaqəli Xəbərlər