Menyu

Müdafiə naziri Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı ilə görüşüb

Nərmin Qocamanlı
Müdafiə naziri Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı ilə görüşüb

Yanvarın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

MN-dən Operativ Media-ya verilən məlumata görə, qonağı salamlayan general-polkovnik Z.Həsənov onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Bəhreyn Krallığı tərəfindən göstərilən humanitar yardıma, eləcə də Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq təşkilatlarda dəstəyə görə minnətdarlıq ifadə edib.

Feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsi, eləcə də regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər