Menyu

Aİ müdafiə texnologiyaları üçün bir milyard avro ayıracaq

Nərmin Qocamanlı
Aİ müdafiə texnologiyaları üçün bir milyard avro ayıracaq

Avropa İttifaqı 2025-ci ildə Avropa Müdafiə Fondundan müdafiə texnologiyaları və innovasiyalarının inkişafı üçün bir milyard avrodan çox vəsait ayıracaq.

Operativ Media xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Tomas Regnier Brüsseldə keçirdiyi brifinqdə bildirib.

"Avropa Komissiyası Avropa Müdafiə Fondu (EDF) çərçivəsində birgə müdafiə tədqiqatları və təkmilləşdirmə layihələri üçün 1 milyard avrodan çox vəsait ayıran illik proqramı təsdiqləyib", - o, qeyd edib.

AK sözcüsü qeyd edib ki, maliyyə “kritik müdafiə texnologiyalarının və imkanlarının inkişafına dəstək” üçün ayrılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər