Menyu

Hörmüz boğazında tankerə aviazərbə endirib

Operativ Media
Hörmüz boğazında tankerə aviazərbə endirib
1 dəq oxu

İran silahlı qüvvələri Hörmüz boğazının cənub dəhlizində tankerə aviazərbə endirib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Bu gün Hərbi Dəniz Qüvvələrinin bölmələri qadağan olunmuş ərazidə qayda pozan tankerə xəbərdarlıq atəşi açıblar. Tanker izləmə sistemlərini söndürərək Hörmüz boğazının cənub dəhlizindəki qadağan olunmuş ərazidən keçməyə çalışıb. Daha sonra tanker alovlanıb", - məlumatda qeyd olunur.

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən gəmilərə fəaliyyət icazəsi almaq barədə xəbərdalıq edib.

Əlaqəli Xəbərlər