30 Yanvar 2025, 16:47
Azərbaycan millisi "Böyük Dəbilqə" turnirində 10 cüdoçu ilə təmsil olunacaq
Azərbaycan millisi Fransada keçirilən "Böyük Dəbilqə" turnirində iştirak edəcək.
Azərbaycan millisi "Böyük Dəbilqə" turnirində 10 cüdoçu ilə təmsil olunacaq şəkil
Azərbaycan millisi "Böyük Dəbilqə" turnirində 10 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində 10 cüdoçu ilə təmsil olunacaq.

"Operativ Media" xəbər verir ki, “Böyük Dəbilqə” fevralın 1-2-də keçiriləcək.

Yarışda Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Yarışda iştirak etməli olan Murad Fətiyev (90 kq) zədəli olduğuna görə turnirə qatıla bilməyəcək.

İdmançılara performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcəklər.

Son xəbərlər
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,4 milyondan çox sərnişinə xidmət edib
Rusiya Azərbaycandan idxal edilmiş 18 ton şaftalıda "ziyanverici bakteriya" olduğunu iddia edir
Azərbaycanda bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
Gəncə-Moskva aviareysi üzrə təyyarə bu gün uçuş edib
Ötən altı ayda törədilmiş cinayətlərin 92,8 faizi açılıb
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edilib
Azərbaycanda ötən 6 ayda 17 049 cinayət qeydə alınıb
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub