Ötən il hərəkətdə olan sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb
2024-cü il ərzində hərəkətdə olan sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb.
Operativ Media xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb.
Qatara ziyan vuranlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər.
ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir.
Teqlər:
"\u00d6t\u0259n il h\u0259r\u0259k\u0259td\u0259 olan s\u0259rni\u015fin v\u0259 y\u00fck qatarlar\u0131na 46 d\u0259f\u0259 da\u015f at\u0131l\u0131b"