MKT “HƏMAS” tərəfindən saxlanılan beş girovu azad edib
Əsəd Abbaslı
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MKT) Prezident Rəcəb Tayyib Ərdoğan Ərdoğanın tapşırığı ilə Qəzza zolağında “HƏMAS” təşkilatı tərəfindən saxlanılan tailandlı beş girovu azad etməyə nail olub.
Operativ Mediaxəbər verir ki, girovlar yanvarın 30-da azad ediliblər.
Bundan əvvəl Türkiyə xüsusi xidmət orqanları Qəzza sektorunda yaşayan Türkiyə vətəndaşlarının, o cümlədən yaralı və xəstə fələstinli dinc vətəndaşların təxliyyəsində iştirak ediblər.
MKT həmçinin bir sıra dövlətlərin xahişi ilə Qəzza sektorunda girovluqda olan bir qrup xarici vətəndaşların azad olunmasında vasitəçi rolunu oynayıblar.
Teqlər:
"MKT \u201cH\u018fMAS\u201d t\u0259r\u0259find\u0259n saxlan\u0131lan be\u015f girovu azad edib"