Menyu

"Tottenhem"in 17 yaşlı forvardı avrokuboklarda qol vuran ən gənc ingilis oldu

Əziz Əzizli
"Tottenhem"in 17 yaşlı forvardı avrokuboklarda qol vuran ən gənc ingilis oldu

Tottenhem"in hücumçusu Mikki Mur Avropa Liqasının ümumi mərhələsinin 8-ci turunda İsveçin "Elfsborq"u ilə görüşdə (3:0) qol vurub.

"Operativ Media" xəbər verir ki, 17 yaşlı ingilis 90+4-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Mur 17 yaş 172 gündə qol vurub. O, Avropa yarışlarında qol vuran ən gənc ingilis olub. Bundan əvvəlki rekordçu 1957-ci ildə 17 yaş 245 gün olarkən qol vuran Cimmi Qrivz olub.

“Tottenhem” (17 xal) Avropa Liqasının ümumi cədvəlində dördüncü yeri tutaraq turnirin 1/8 finalına birbaşa yüksəlib.

Teqlər:

"\"Tottenhem\"in 17 ya\u015fl\u0131 forvard\u0131 avrokuboklarda qol vuran \u0259n g\u0259nc ingilis oldu"

Əlaqəli Xəbərlər