Miroslav Kloze: "Mahir Emreli məşqdə özünü göstərdi"
Əziz Əzizli
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Əmrelinin futbol üzrə Almaniya II Bundesliqasının 20-ci turunun “Darmştadt”la qarşıdakı oyununda mümkün iştirakı ilə bağlı qısa fikirlərini bölüşüb.
"Operativ Media" xəbər verir ki, bu haqda "Augsburger Allgemeine" məlumat yayıb.
“Emrelinin heyətdə olması tamamilə mümkündür. "O, məşqdə özünü göstərdi" deyə Kloze bildirib.
Azərbaycan millisinin hücumçusu diskvalifikasiyaya görə son turda “Şalke” ilə matçı buraxmaq məcburiyyətində qalmışdı.